Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ata və oğul dələduzluqda şübhəli sayılır. Smbatyanların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.