Yunanıstanda son sutka ərzində 51 yeni meşə yanğını baş verib, onların əksəriyyəti dərhal söndürülüb. Hazırda ölkədə 96 aktiv yanğın var.

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstan hökuməti məlumat yayıb. 

"Rodos adasında və Axaya bölgəsində yanğınsöndürmə briqadaları meşə yanğınlarını söndürməyə çalışır. Korfu adasının şimal-şərqində yanğınların söndürülməsinə 4 təyyarə və 2 helikopter cəlb olunub", -  məlumatda qeyd olunub.