Afrika İttifaqı Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası “hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.

Şura, həmçinin prezidentin həbsini pisləyib və qiyamçılara qarşı “cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.