Kolumbiyanın Baş Prokurorluğu prezident Qustavo Petronun böyük oğlunu və onun keçmiş həyat yoldaşını çirkli pulların yuyulması və qanunsuz varlanma işi üzrə saxlayıb. 

“Unikal” xəbər verir ki, bu barədə dövlət başçısı Tviter səhifəsində məlumat yayıb.

"Prokurorluq oğlum Nikolay və onun keçmiş arvadı Deysi saxlayıb. Bir insan və ata olaraq oğullarımdan birinin həbsxanaya düşməsini görmək məni incidir. Mən ölkə prezidenti kimi qanuna uyğun olaraq mənim tərəfimdən prokurorluğa bütün lazımi zəmanəti təmin edəcəm. Həmçinin məhkəmə sisteminə müdaxilə etməyəcəyimə və təzyiq göstərməyəcəyimə söz verirəm”, - deyə Kolumbiya prezidenti yazıb.