37 il əvvəl itkin düşən alpinistin cəsədi İsveçrədə əriyən buzlaqda tapılıb.

“Unikal” xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

İyulun 12-də alpinistlər Tsermatt kəndinin cənubundakı Teodul buzlağında ərimiş buzun içindən çıxan insan qalıqlarını, eləcə də dağa qalxmağı asanlaşdıran gəzinti çəkmələri və kramponlar, ayaqqabı aksesuarları aşkar ediblər.

Qalıqlar Valais xəstəxanasının məhkəmə tibb şöbəsinə göndərilib və DNT testi onların 1986-cı ildə dağlarda itkin düşən 38 yaşlı alpinistə aid olduğunu təsdiqləyib.