Rusiyanın Mari El respublikasında göl sahilində çadırlarda dincələn 3 nəfər pis hava şəraiti səbəbindən ağacların aşması nəticəsində ölüb. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

Mari Elin rəhbəri Yuri Zaytsev bildirib ki, təbii fəlakət nəticəsində xəsarət alanlar da var və onlara yardım göstərilir.