ABŞ prezidenti Co Bayden Məhərrəm ayının 10-cu günü qeyd olunan Aşura münasibətilə paylaşım edib. 

“Unikal” xəbər verir ki, Bayden Tviter hesabındakı paylaşımında yazıb: 

“Cill (həyat yoldaşı – red) və mən Aşuranı qeyd edən, ədalət və hamı üçün bərabərlik dəyərlərinə hörmət edən bütün dünyadakı müsəlman dostlarımızı və qonşularımızı salamlayırıq”.