“Ukrayna üzrə sülh planı və taxıl müqaviləsi heç bir şəkildə bir-biri ilə əlaqəli deyil”.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin Ukrayna ilə bağlı sülh təşəbbüsü ilə taxıl müqaviləsinin nə dərəcədə bağlı olması haqda  suala cavabında deyib. 

“Xeyr, birinin digəri ilə heç bir əlaqəsi yoxdur”, - Putin bildirib. 

O qeyd edib ki, Rusiya Afrika ölkələrinə humanitar yardım göstərməyə hazırdır.