"Türkiyə prezidenti Ərdoğanla telefon danışığı barədə razılıq əldə olunub”. 

“Unikal” "RBK”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, türkiyəli həmkarı ilə gələn çərşənbə günü danışacağını deyib. 

Vladimir Putin jurnalistlərin Türkiyəyə səfəri ilə bağlı sualını da cavablandırıb. Onun sözlərinə görə, Türkiyə lideri ilə görüşmək barədə razılıq var. "Ya mən gedəcəm, ya da o gələcək”, - deyə Putin cavab verib.