Azərbaycanın ən hündür kəndi olan Quba rayonunun Xınalıq kəndi ölkənin şimal-qərbində yerləşir.

Quba şəhərindən 57 kilometr uzaqlıqda yerləşən bu kənddə 2 mindən çox insan yaşayır. Dəniz səviyyəsindən 2350 metr hündürlükdə olan Xınalıq kəndinə yerli və xarici turistlər tərəfindən ciddi maraq göstərilir.

Yay aylarında Xınalığa çox sayda turist səfər edir. Qış ayları isə çox sərt keçdiyi üçün bəzən kəndə gedən yolda hərəkət mümkünsüz olur. Ümumiyyətlə, Xınalıq kəndinə gedən yol çox təhlükəlidir. Həmin ərazidə tez-tez uçqun baş verir.

"Unikal"ın fotoqrafı Ayxan Məlikov Xınalıq kəndindən fotoreportaj hazırlayıb.

Həmin fotoları təqdim edirik: