Avqust ayında ard-arda iki Super Ay hadisəsi müşahidə olunacaq.

"Unikal" xəbər verir ki, bu termin tam ayın Yerə ən yaxın nöqtədə olduğu fenomenə aiddir. Həmin nöqtədə planetimizin təbii peyki ən uzaq mövqeyindən 14% daha böyük və 30% daha parlaq görünür. İlk Super Ay avqustun 1-də, ikincisi isə 30-da baş verəcək.

Qeyd edək ki, Ay dövrü 29,5 gün davam etdiyi üçün eyni ayda iki Super Ay hadisəsi olduqca nadirdir. Bir qayda olaraq, ikinci hadisə Mavi Ay adlanır.