Xəbər verdiyimiz kimi, Xırdalanda bir nəfər intihara cəhd edib.

“Unikal” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi həmin intihara cəhd hadisəsinin videosunu yayıb. 

Görüntülərdə Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxan şəxsin ayaq nahiyəsini yandırdığı görünür. 

FHN-dən bildirilib ki, aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

***

11:04

Xırdalanda yerüstü piyada keçidində intihara cəhd edən vətəndaş xilas edilib. 

FHN-dən "Unikal"a verilən məlumata görə, xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

*** 10:35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasetmə əməliyyatı davam edir.

***

Xırdalanda bir nəfər intihara cəhd edir.

"Unikal" xəbər verir ki, orta yaşlı kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.

Əraziyə polis əməkdaşları cəlb olunub.