Niger prezidenti Məhəmməd Bazum 26 iyul hərbi çevrilişdən sonra ilk dəfə görüntülənib. 

"Unikal" xəbər veirr ki, ev dustqlığında olan prezident Bazum Çad prezidenti Məhəmməd İdris Debi İtno ilə müxtəlif görüşlər keçirib.

Belə ki, keçmiş prezidentin fotosunu İtno sosial şəbəkə  hesabında paylaşıb. 

Şəxsi iqamətgahında ev dustaqlığında olan Bazuma telefonla danışmağa icazə verilir.  

 Xatırladaq ki, Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.