Rusiyanın Çelyabinsk vilayətində manyak aşkarlanıb.  

"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, 2009-cu ildə vilayətin Smolinolu kəndində 37 yaşlı kişi dəmiryol stansiyasında 19 yaşlı qızla tanış olub. Daha sonra o, qızı evinə dəvət edib. Qız razılaşıb və onunla birlikdə Smolino kəndinə gedib. Təcavüzkar evə gələn kimi onu təhdid etməyə başlayıb və qızı artıq qaçırdığını bəyan edib. Daha sonra manyak yeni gənc qızı xüsusi ayrılmış otağa yerləşdirib və qapını kilidlə bağlayıb. O, pəncərələrə barmaqlıqlar da vurub. 

Dəhşətlisi budur ki,  kişi qızı öldürməklə hədələyərək illər ərzində dəfərlə ona təcavüz edib. 19 yaşlı qız həmin qapalı otaqda ömrünün 14 ilini keçirib. 

İllər sonra alkoqollu içki aludəçisi olan kişinin evində halı pisləşib və həkimlər onu xəstəxanaya aparıblar.

Sərxoş kişi əsir götürdüyü qadının qapısını bağlamağı unudubmuş. O da yaranmış bu fürsətdən istifadə edərək evdən qaça bilib. Qadın artıq polisə müraciət edib.

 Məlum olub ki,  kişinin evində  anası da varmış və  bu illər ərzində ana da buna razı olub.  Artıq hər iki cani polis tərəfindən nəzarətə götürülüb. 

Seymur Əli