"Güclü Türkiyə güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyədir".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Regional sabitliyə aparan yol hərtərəfli sülh sazişindən keçir. Bunun üçün Zəngəzur koridorunun açılması böyük əhəmiyyət kəsb edir. Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan lazım bildiyi tədbirləri görür və bunu etmək onun ən böyük suveren hüquqlardan biridir", - deyə XİN rəhbəri vurğulayıb. 

Ağarza Elçinoğlu