Yunanıstan Milli Müdafiə Nazirliyi səhvən nazir müavini Nikos Hardalias tərəfindən araşdırılan gizli hərbi xəritələrin fotolarını dərc edib.

"Unikal" xəbər verir ki, bu barədə "Antitheto" portalı məlumat yayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin düşərgəsinin ərazisindəki silah-sursat anbarında baş verən yanğından sonra Milli Müdafiə Nazirliyi ölkənin hərbi hissələrində yanğın təhlükəsizliyi tədbirlərinin yoxlanılmasına başlayıb.

Obyektlərdən birinə baxış zamanı Yunanıstanın Müdafiə Nazirliyi Hardaliasın düşərgənin planını nəzərdən keçirdiyi fotonu dərc edib və bununla da gizli hərbi xəritəni üzə çıxarıb. 

Hadisədən sonra Müdafiə Nazirliyi yoxlamaları dayandırıb.

Gülayə Mecid