Ukrayna ABŞ-dən maaşlar və sosial yardımların ödənilməsi üçün 1,25 milyard dollar qrant alıb.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna hökuməti rəsmi Teleqram qanalında bildirib. 

“Amerika Birləşmiş Ştatlarından Ukraynanın dövlət büdcəsinə Dünya Bankının bir çox donorlarının trast fondu vasitəsilə sosial və humanitar sahələrdə büdcə xərcləri üçün 1,25 milyard ABŞ dolları məbləğində qrant ayrılıb”, - mesajda deyilir.

Qeyd olunur ki, Amerikanın Ukraynadakı vəsaiti fərdi sosial yardım proqramları və digər sosial müavinətlər çərçivəsində dövlət qurumlarında maaşlar üçün büdcə xərclərinin ödənilməsinə sərf olunur.

Nuranə Abbasova