Hakimiyyətlərinə ABŞ-ın nəzarətində olan Finlandiya şüurlu şəkildə Rusiya ilə qarşıdurma yolunu seçir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

"Finlandiya rəhbərliyinin Vaşinqtondan olan kuratorları tərəfindən qızışdırılan siyasəti faşist Almaniyasının məğlubiyyətindən sonra qurulan mehriban qonşuluq Rusiya-Finlandiya münasibətlərini məhv edir. Ölkəmizlə yenidən şüurlu qarşıdurma kursu götürülüb" .

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin sözlərinə görə, ölkədə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasını tələb edən ifrat sağçı təşkilatlar fəallaşıb.