Macarıstan parlamenti hələ də İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi təsdiq etməyib.
"Unikal" xəbər verir ki, buna səbəb parlamentdə səs çoxluğu olan "FİDES - Macarıstan Vətəndaş Birliyi" fraksiyasının səsvermədən imtina etməsi olub.
Bildirilib ki, deputatlar alyansın genişləndirilməsi ilə bağlı iclası boykot ediblər və orada kvorum olmayıb: "Gündəliyin təsdiqi üçün kifayət qədər səs toplanmadı. Beləliklə, görüş müxalifət partiyalarının nümayəndələri arasında fikir mübadiləsinə çevrildi".
Macarıstan parlamenti sentyabrda öz işini bərpa edəcək.
Ağarza Elçinoğlu