Tarif (Qiymət) Şurası daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, qərarla Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri təsdiq edilib.

Əvəzində Şuranın "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 4 yanvar 2021-ci il tarixli qərarı ləğv edilib.

Bu qərar avqustun 14-dən qüvvəyə minir.