"Vaqif (Laçın sərhəd-buraxılış məntəqəsində ələ keçirilən Meşəli qatili Vaqif Çerkezoviç Xaçaturyan nəzərdə tutulur) ucbatından Ermənistan artıq inteqrasiyadan tamamilə imtina edib və sülh müqaviləsini imzalamaqdan qismən vaz keçib.

Yəqin ki, bu məntiqlə səhər saatlarında Azərbaycana müharibə elan edəcək".

"Unikal" xəbər verir ki, bu fikirləri özünün “Telegram” kanalında  tanınmış erməni fəal və bloqer İşxan Verdyan yazıb.

"Ermənistan belə bir Ermənistandır. Bir qoca qatilin xatirinə neçə gənc oğlunu qurban verməyə hazırsan?", deyə o, qeyd edib.