Ukrayna Müdafiə Nazirliyi (MN) ilə Türkiyənin "Baykar Makina" şirkəti Ukraynada PUA-ların təmiri və saxlanılması üçün texniki xidmət mərkəzinin tikilməsi ilə bağlı razılaşma imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna MN-nin saytında məlumat yerləşdirilib:

"Türkiyənin genişmiqyaslı müharibə dövründə Ukrayna üçün yardımları qiymətsizdir. Rusiya təcavüzünə qarşı mübarizəsində USQ-nin imkanlarının artırılmasına töhfələrinə görə "Baykar"a xüsusi təşəkkür edirik. Ukraynada hamı "Bayraktar"ın nə olduğunu, sizin şirkətinizi tanıyır".

Qeyd olunub ki, bu birgə layihə ilə tərəflər arasında sistematik işin əsası qoyulacaq, Ukraynada iş yerləri yaradacaq.

Məlumatda bildirilib ki, tərəflər mərkəzin yaxın gələcəkdə yaradılması barəsində razılıq əldə ediblər.