Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.

"Unikal" report-a istinadən xəbər verir ki, saxlanılan arasında Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərovun da olduğu bildirilir.

xxx

19:00

Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

"Unikal" apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində rayonun baş memarı Sahil Qənbərli və bələdiyyə sədri Mehdi Kərimov Korrusiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı Rafiq Cəlilovdur və 2021-ci ilin sentyabrın 14-dən rayona rəhbərlik edir.