Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın məlumatına görə, Şəmkir rayon Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyinatı olub. Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Emin Əliyev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub. Bölmənin bundan əvvəlki rəisi Ramin Fətullayev bir neçə gün bundan öncə işdən çıxıb.

Tural Əhmədov