Hicabdan imtina edən iranlı şahmatçı Bakıya gəlir.

"Unikal" xəbər verir ki, 2022-ci ilin dekabrında FİDE-nin Rapid və Blits üzrə Dünya Çempionatında hicabsız yarışan və bununla da İranın qadınların geyim tərzinin tənzimlənməsi sahəsində qaydalarını pozan iranlı şahmatçı, beynəlxalq qrossmeyster Sara Xadem idman vətəndaşlığını dəyişib.
İdmançının hazırda İspaniyanı təmsil etdiyi bildirilir.
26 yaşlı Sara Xadem Qazaxıstanda keçirilən turnirdə İranın hicab geyinmə qaydalarını pozaraq ölkəyə qayıtmaqdan imtina edib. Yarış başa çatdıqdan dərhal sonra şahmatçı ailəsi ilə birlikdə İspaniyaya yola düşüb.
Sara Xadem 2023-cü il iyulun 29-dan avqustun 22-dək Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kubokunda İspaniya təmsilçisi kimi turnirdə debüt edəcək.