Böyük Britaniya dövlətə xəyanətdə və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinərək 25 il azadlıqdan məhrum edilmiş Vladimir Kara-Murzanın işi ilə əlaqəsi olan 6 rusiyalını əlavə etməklə sanksiyalar siyahısını genişləndirib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə bildirilir  .

Siyahıya prokurorlar Boris Loktionov və Anna Potıçko, hakimlər Vitali Belitski, Yekaterina Doroxina və Natalya Dudar , məhkəmə eksperti Danila Mixeyevin daxil olduğu bildirilir . Onların Böyük Britaniyaya girişi qadağan edilib və İngiltərədə aktivləri aşkar edilərsə, onlar dondurulacaq.

İyulun 31-də Apellyasiya Məhkəməsi dövlətə xəyanətdə təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilən müxalifət lideri Vladimir Kara-Murza haqqında hökmü qüvvədə saxlayıb.