Xəbər verdiyimiz kimi, sabiq Baş nazir Surət Hüseynov bu gün İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, S.Hüseynovun dəfn ediləcəyi yer də məlum olub. Belə ki, sabiq Baş nazir Gəncə şəhərində ata və anasının məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, o, 1959-cu ildə Gəncədə anadan olub.