Rusiyanın Ukrayna prezidenti Volodimir Zelenskinin doğulduğu Krivı Roqa raket hücumu nəticəsində biri uşaq olmaqla 6 nəfər ölüb, 75 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hücumda 9 mərtəbəli bina raketlərlə hədəf alınıb, biri uşaq olmaqla 6 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.

Krivyi Roq meri Oleksandr Vilkul bildirib ki, ölənlər arasında 10 yaşlı qız və onun 45 yaşlı anası var. Krivyi Roq qubernatoru Serhiy Lısak verdiyi açıqlamada hücumdan sonra şəhərdə bir günlük matəm elan edildiyini, 150 nəfərin öz imkanları ilə binanı tərk etdiyini, 30 nəfərin isə xilasetmə qrupları tərəfindən xilas edildiyini bildirib.
Açıqlamasında Zelenski hücumda bir iqamətgah və universitet binasına ziyan dəydiyini bildirib və "Bu terror bizi qorxutmayacaq. Biz çalışırıq və xalqımızı xilas edirik" deyib.