Moskva şəhər mərkəzinin qülləsi yenidən PUA hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin açıqlayıb. 

Onun sözlərinə görə, "Moskva Siti" biznes mərkəzinin qüllələrindən birinə yenidən pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücum edilib.

Mer bildirib ki, PUA 21-ci mərtəbədəki binanın fasadına ziyan vurub, 150 kvadratmetr sahənin şüşələri dağılıb.

Xəsarət alanlar barədə məlumat verilməyib. 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Moskva vilayətinin Odintsovo və Narofominsk rayonları üzərində paytaxta uçmağa cəhd edən bir neçə pilotsuz təyyarə də hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Ağarza Elçinoğlu