Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, kollegiyanın üzvlərinin sayı 10-a çatdırılıb.
“Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb.