"Twitter"in San-Fransiskodakı baş qərargah binasının üzərinə yerləşdirilən nəhəng və parlaq X loqosu şikayətlərdən sonra götürülüb. 

"Unikal" xəbər verir ki, San-Fransisko şəhərinin Bina Təftişi Departamenti icazəsiz loqo dəyişdirilməsi ilə bağlı sakinlərdən 24 şikayət aldığını bildirib.

Rəsmilər qeyd ediblər ki, insanlar sözügedən loqonun təhlükəli olmasından və yaydığı işıqdan şikayətlənib.

Ağarza Elçinoğlu