Rusiyanın Primorsk diyarında 13 nəfər meduza sancmasından xəstəxanaya yerləşdirilib.
“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, 17-66 yaş arası xəstələr həkim nəzarətində saxlanılır.
“Xəstələr son üç gündür qəbul olunub, əsas simptomları oynaq ağrıları və öskürəkdir. Onlar müalicə alır və 3-4 gün ərzində xəstəxanadan buraxılacaqlar”, - deyə Səhiyyə Nazirliyinin regional idarəsindən bildirilib.
Nuranə Abbasova