Sosial media fenomeni, vegan qidalanma müdafiəçisi Janna Samsonova yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində aclıqdan ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə blogerin ailəsi məlumat yayıb.
"Zhanna D'Art" kimi tanınan bloger Cənub-Şərqi Asiya turu zamanı səhhətində problem yaranıb və o xəstəxanaya yerləşdirilib.
Həkimləri müdaxiləsinə baxmayaraq Janna həyatını itirib. Məlumata görə, Samsonova son 4 ildə tamamilə çiy vegan pəhrizinə əməl edib və yalnız günəbaxan tumu cücərtiləri və meyvələrlə qidalanırmış.
Gülayə Mecid