Özbəkistanın Surxandərya vilayətində ata yeni doğulmuş körpəsini satarkən saxlanılıb.  

"Unikal" xəbər verir ki, bu barədə polisə kişinin qonşusu məlumat verib.   

Bildirilir ki, 54 yaşlı kişi iki gün öncə dünyaya gəlmiş qızını 35 milyon suma ( təxminən  5 000 AZN) alıcı tapıb. Polislər kişini və  alıcını  hadisə başında tutublar. 

Faktla bağlı Özbəkistan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə cinayət işi açılıb. Onu 8 ildən 12 ilə qədər həbs gözləyir.

Gülayə Mecid