"İşsizlikdən sığorta fondu tərəfindən işsiz vətəndaşların işə qəbul edilməsi üçün bir sıra güzəştlər tətbiq ediləcək".

"Unikal"  xəbər verir ki, bunu Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasında muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib. 

Nazir bildirib ki, işsiz vətəndaşlar işə qəbul edilərkən 1 il ərzində əməkhaqqının 50 faizi fond tərəfindən ödəniləcək. 

"Bu da sahibkarların daha çox işçi qəbul etməsinə dəstək olacaq. Bununla bağlı işəgötürənlərin iştirakı ilə maarifləndirici görüşlər keçiriləcək", - deyə C.Cəlilov qeyd edib.