Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.
"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, daha 6 nəfər isə yaralanıb. Ölənlər arasında polis polkovniki də var.
Bir qrup məhbus Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzindəki polis idarəsində silah-sursat ələ keçirərək təhlükəsizlik əməkdaşlarına hücum edib.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.
Nuranə Abbasova