Türkiyənin Sakarya şəhərində mikroavtobus qəzaya uğrayıb.  

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. Əraziyə xilasetmə qüvvələri cəlb olunub. Hadisənin şokunda olan qadının sayıqlaması isə mediada gündəm olub. 

Yaralı qadın mikroavtobusdan çıxarılıb və  ona yerindəcə ilkin müayinə edilib. Bu zaman qadın tibb işçilərindən "Allah xatirinə, düzünü deyin. Mən ölmüşəm? 4 övladım var, düzünü deyin", - deyə müarciət edib.  Bu zaman onu müayinə edən tibb işçiləri “Yox, ölməmisiniz” deyərək qadını sakitləşdirməyə çalışıblar.