Danimarkanın müdafiə naziri və baş nazirin müavini Yakob Ellemann-Yensen altı aydan çox xəstəlik məzuniyyətindən sonra işinə qayıdıb. 

“Unikal” xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb. O, iş prosesində özünü səbirsizliklə gözlədiyini qeyd edib.

“Mən yenidən işimə qayıtmışam. Bu səhər mən Müdafiə Nazirliyinə gedəndə hər şey qaydasında idi və əməkdaşlarımı salamlamaq və yenidən çantanı açmaq xoş idi. Bundan əlavə, qarşımda bir çox iş və qərarlar var”, - deyə Ellemann yazıb. 

Xatırladaq ki, Danimarkanın müdafiə naziri 2023-cü ilin fevral ayının əvvəlindən qeyri-müəyyən müddətə xəstəlik məzuniyyətinə getmişdi. 

Nuranə Abbasova