Avropa İttifaqının Xarici İşlər Nazirliyinin sözçüsü Nabila Massrali Rusiyanı münaqişəni gərginləşdirmək üçün Moskvada pilotsuz təyyarələrdən istifadə etməkdə günahlandırıb.

“Unikal” “Röyters”ə istinadən xəbər verir ki, o, Aİ-nin bu hadisənin təfərrüatları və ya pilotsuz təyyarələrin mənşəyi barədə məlumatının olmadığını deyib. 

 Massrali vurğulayıb ki, Avropa Sülh Fondunun xətti ilə tədarük edilən silahlar yalnız Ukrayna ərazisini qorumaq üçün istifadə edilə bilər.

Nuranə Abbasova