“Patron Davo” kimi tanınan erməni silah alverçisi David Qalstyan yenidən məhkəmə qarşısına çıxarılıb.

"Unikal" xəbər verir ki, Ermənistanın Apellyasiya Məhkəməsi  David Qalstyanın (“Patron Davo”) girov müqabilində azadlığa buraxılması barədə qərarını ləğv edib, nəticədə o, yenidən həbsdə qalıb. 

Qeyd edək ki,  Qalstyan və onunla birlikdə keçmiş müdafiə naziri David Tonoyan sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onlar 2021-ci ilin sentyabrında həbs ediliblər, lakin 2022-ci ilin martında Qalstyan 100 min dollar girov müqabilində azad edilib.

Gülayə Mecid