"Direktor olduğum üçün bu videonu yayıb məndən istifadə etməyə çalışırdılar". 

Bunu "Unikal"a intim görüntüləri ilə şantaj olunan Ucar rayon Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov deyib. 

O, hadisənin 2 il əvvəl baş verdiyini bildirib: "Əvvəl pul tələb edirdilər. Dedim ki, mənim veriləcək pulum yoxdur. Nə istəyirsiniz edin. Ondan sonra həmin videonu yaydılar. 

Bu gün kənd camaatı etiraz üçün gəlmişdi. Mənə dedilər ki, sakit şəkildə çıx işdən. Mən də gedib istefa ərizəmi yazdım".

Ağarza Elçinoğlu