Braziliyada dünyanın ən yaşlı insanı 127 yaşında vəfat edib. 

“Unikal” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Xose Paulino Qomez 4 avqust 1895-ci ildə rentgen şüalarının kəşfindən əvvəl anadan olub. Ömrünün son ayında o, yataq xəstəsi olub və iyulun 28-də 128-ci doğum gününə bir neçə gün qalmış orqan çatışmazlığından ölüb. 

Xose bütün həyatı boyu heyvandarlıqla məşğul olub və cəmi dörd il əvvəl at sürməyi dayandırıb. Onun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 11 kötücəsi qalıb.

Nuranə Abbasova