Qərb cəbhəsi ilə Rusiya arasında gərginlik artdıqca, NATO ilə Rusiyanın hərbi gücünü müqayisə etmək maraq doğurur. Son məlumatlara görə, NATO daha güclüdür, yoxsa Rusiya?

"Unikal" türk mətbuatına istinadən təfərrüatları təqdim edir.

Ukrayna-Rusiya müharibəsində yeni mərhələyə qədəm qoyub. Rusiya bu sahədə öz təsirini itirməyə başladı. Xüsusilə rus muzdlularının qurduğu "Vaqner" böhranından sonra NATO-nun dəstəyini alan Ukrayna bu sahədə daha fəaldır. Putin Çin, Ərəbistan və Afrikadakı gedişlərlə gücünü qorumağa çalışarkən, NATO və Rusiyanın hərbi gücünün müqayisəsi də diqqəti çəkib. Xüsusən də nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı ssenarilərdən sonra hər iki cəbhənin əlində olan silah və hərbi güc daha da maraq doğurur.

NATO-nun 3 milyon 258 min əsgəri olduğu halda, Rusiyanın hərbi gücü 2 milyon 900 mindir. NATO-nun 3000-dən çox döyüş təyyarəsi olduğu halda, Rusiyanın 2000-ə yaxın döyüş təyyarəsi var. Rusiya tankların sayına görə geridədir. Putinin 12 420 tankı olduğu halda, NATO üzvü olan ölkələrin 14 680 tankı var.

Maliyyə gücünə gəldikdə, NATO ilə Rusiya arasında pul gücündə böyük fərq var. NATO-nun 1 trilyon dollardan çox hərbi büdcəsi olduğu halda, Rusiyanın hərbi maliyyəsi cəmi 61 milyard dollardır.

Nüvə müharibəsi ssenariləri danışığa çevrildikdə, ölkələrin əlindəki nüvə başlıqlarının sayı da maraq doğurur. Son məlumatlara görə, ən çox nüvə başlığına malik ölkə Rusiyadır. Amerikanın 5600 nüvə başlığı olduğu halda, Rusiyanın 6257 nüvə başlığı var. Digər ölkələrin əlində olan nüvə başlıqlarının təxmini sayı belədir: Böyük Britaniya 225, Fransa 290, Çin 350, Şimali Koreya 45, Hindistan 160, Pakistan 165, İsrail 90.