Hindistanda lotereyada 11 qadın 1,2 milyon dollar qazanıb.
"Unikal"
xəbər verir ki, zibilin toplanması və çeşidlənməsi şirkətinin işçiləri pul yığaraq 3 dollara başa gələn bir bilet alıblar.

BBC-nin məlumatına görə, qadınlar 100 milyon rupilik cekpot qazanıblar. Qeyd olunur ki, qazanılan vəsaitlə təmizlikçilər ev tikməyə, borclarını ödəməyə və uşaqların təhsil haqqını ödəməyə hazırlaşır.

Vergilərdən sonra uduşun 765 min dollar olacağı məlumdur. Qadınların Kerala ştatında da işlədikləri və evlərdən parçalanmayan tullantıları çıxardıqları bildirilir. Hər təmizlikçi gündə təxminən üç dollar qazanır.