“Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 2-si saat 09:00-dan işlər başa çatanadək "Qum Məişət (Qİİ)", "Alko", "Naximov", "Müşviq əhali", “Mirzə Davud küçəsi”, "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", "F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Unikal"a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin də qaz təchizatında fasilə yaranacaq.