İngiltərədə 29 yaşlı Kiera Kent adlı qadın öz dişlərini çəkərkən həyatını itirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, narkotik istifadəçisi olan qadın yaşadığı diş ağrılarını aradan qaldırmaq istəyib.  Belə ki, o, həkimə getmədən evində öz dişlərini çıxardıb. Çoxlu qan itirən qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib.

Kentin sevgilisi evə həkim çağırıb.Baxış zamanı Kiera Kent ağıl dişlərində problemləri olduğunu bildirib. Kentin dərmanı qəbul etdikdən sonra öz əlləri ilə dişlərini çıxarmağa çalışdığı öyrənilib.