Meksikanın şimalında Çiuaua şəhərində mizoginist (qadınlar əleyhinə) mahnılar ifa etməyə görə cərimə tətbiq olunacaq.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, şəhər şurası "gender əsaslı zorakılıq pandemiyası" fonunda qadınlara qarşı "ayrı-seçkilik edən" mahnıların ifasına görə 1,2 milyon peso (72,000 dollar) məbləğində rüsum almağa imkan verən qərar qəbul edib. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Meksikada hər gün on qadın və qız öldürülür.

Nuranə Abbasova