“Bloomberg” agentliyi planetin ən varlı adamlarının yeni reytinqini dərc edib.

“Unikal” xəbər verir ki, milyarderlər siyahısına başçılıq edən “Telsa”nın qurucusu və Tviterin sahibi İlon Maskdır. Onun sərvəti 242 milyard dollardır ki, bu da ilin əvvəlində olan sərvətindən 105 milyard dollar çoxdur.

İkinci yerdə Bernard Arnault qərarlaşıb. Onun sərvəti reytinqə əsasən ilin əvvəlindən 36,1 milyard dollar artaraq 198 milyard dollar təşkil edib.

74 yaşlı Arnault 70-ə yaxın tanınmış moda və kosmetika brendini birləşdirən dünyanın ən böyük lüks mallar şirkəti “Moet Hennessy Louis Vuitton (LVMH)” şirkətinin baş direktorudur.

“Amazon”un qurucusu Ceff Bezos 157 milyard dollarla üçüncü yerdədir. Onun sərvəti ilin əvvəlindən 49,9 milyard dollar artıb.

Xeyriyyəçi və keçmiş “Microsoft”un ən böyük səhmdarı Bill Qeyts milyarderlər siyahısında dördüncüdür. Onun sərvəti ilin əvvəlindən bu yana 26,9 milyard dollar artaraq 136 milyard dollar olub. 

Planetin ən varlı adamları arasında ilk beşliyi tamamlayan ilin əvvəlindən gəlirini 39,5 milyard dollar artıraraq 131 milyard dollar sərvəti olan “Oracle”ın qurucusu Larri Ellisondur. 

Nuranə Abbasova