Ontario əyalətinin Ali Məhkəməsi Tehranda qəzaya uğrayan təyyarə nəticəsində həlak olan 8 nəfərin yaxınlarına 142 milyon Kanada dollarından çox (təxminən 110 milyon ABŞ dolları) təzminat ödəyəcək.

"Unikal" xəbər verir ki,  bu  barədə Kanada hökuməti məlumat yayıb. 

 Bu qərar təyyarənin vurulmasını qəsdən terror aktı kimi tanıyan əvvəlki məhkəmə qərarına əsaslanır. Qurbanların qohumlarının vəkili Mark Arnoldun sözlərinə görə, Tehran məhkəmənin qərarını könüllü icra etməkdən imtina edərsə, İranın Kanadadakı və xaricdəki aktivlərinə həbs qoymağa çalışacaq.

İran məhkəməyə çağırılsa da, dinləmə zamanı özünü müdafiə etməyib. İran dövləti, ölkənin Silahlı Qüvvələri, Ali Rəhbər Ayətullah Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusu və bir neçə digər müttəhimlər iddiada cavabdeh qismində çıxış ediblər.