Cənubi Koreyada yayda baş verən istilər nəticəsində ölənlərin sayı 23-ə çatıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində havanın temperaturu 38 dərəcəni keçib. 

Qeyd olunur ki, istidən zərər çəkənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Nuranə Abbasova